Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q, çevrəsi — 749—780 mm-dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü », qadın komandaları üçün — «6 ölçü ». Mini-basketbol oyunlarında — «5 ölçü »[1] istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün.